Dünyada koronavirus qurbanlarının sayı 120 000-i ötdü

Dünyada koronavirus qurbanlarının sayı 120 000-i ötdü Dünyada koronavirus qurbanlarının sayı 120 434 nəfərə çatıb.
Digər ölkələr
14 Aprel , 2020 13:14
Dünyada koronavirus qurbanlarının sayı 120 000-i ötdü
0 : 00
0 : 00

Dünyada koronavirus qurbanlarının sayı 120 434 nəfərə çatıb.

“Report” xəbər verir ki, dünyada koronavirusdan ən çox ölüm hadisəsi ABŞ (23 649), İtaliya (20 465), İspaniya (17 756) və Fransada (14 967) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 1 933 000-i ötüb.

Eyni zamanda bu günədək 456 539 nəfər koronavirusdan sağalıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi