Yuxarı
    Bağlamaq

    Dünya üzrə ən çox qaçqın qəbul edən dövlətlərin adları açıqlanıb - SİYAHI

    Beynəlxalq Əfv Təşkilatı Avstraliya və Britaniyanı tənqid edib

    Bakı. 4 oktyabr. REPORT.AZ/ Dünyada qaçıqınlar acınacaqlı vəziyyətdədir.

    "Report" xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatının hesabatında bildirilib.

    BMT-nin Qaçqınların İşi üzrə Komissarlığının məlumatına əsasən, təşkilatın hazırladığı sənəddə qaçqınları qəbul edən 10 dövlətin siyahısı dərc olunub:

    1.İordaniya - 2,7 mln. nəfərdən çox (ölkə əhalisinin 28 faizi);

    2.Türkiyə - 2,5 mln. nəfərdən çox (ölkə əhalisinin 3 faizi);

    3.Pakistan - 1,6 mln. nəfərə yaxın (ölkə əhalisinin 1 faizindən az);

    4.Livan - 1,5 mln. nəfər yaxın (ölkə əhalisinin 33 faizi);

    5.İran - 979 min 400 nəfər (ölkə əhalisinin 1 faizindən çox);

    6.Efiopiya - 736 min 100 nəfər (ölkə əhalisinin 1 faizindən az);

    7.Keniya - 553 min 900 nəfər (ölkə əhalisinin 1 faizindən çox);

    8.Uqanda - 477 min 200 nəfər (ölkə əhalisinin 1 faizindən çox);

    9.Konqo Demokratik Respublikası - 383 min 100 nəfər (ölkə əhalisinin 0,5 faizindən çox);

    10.Çad - 369 min 500 nəfər (ölkə əhalisinin 3 faizinə yaxın).

    Məlumata görə, Almaniya və Kanada hökumətləri başqa varlı dövlətlərlə müqayisədə daha çox qaçqın qəbul edib. Avstraliya və Britaniya isə 2011-ci ildən indiyədək 8 min suriyalı qaçqın qəbul etdiyi üçün tənqid olunub. Avstraliyada cəmi 58 min nəfərə qaçqın statusu verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi