Dubay hava limanı təyyarənin uğursuz enişindən sonra bağlanıb - VİDEO - YENİLƏNİB

Dubay hava limanı təyyarənin uğursuz enişindən sonra bağlanıb - VİDEO - YENİLƏNİB İlkin ehtimallara görə, eniş zamanı təyyarənin mühərrikində partlayış baş verib
Digər ölkələr
3 Avqust , 2016 14:52
Dubay hava limanı təyyarənin uğursuz enişindən sonra bağlanıb - VİDEO - YENİLƏNİB

Bakı. 3 avqust. REPORT.AZ/ İnternetdə "Boeing-777" laynerinin Dubay aeroportuna enişini əks etdirən videolar yayılıb.

"Report" xəbər verir ki, videolardan birində partlayış baş verdiyi görünür.

Partlayış ilkin ehtimallara görə, təyyarənin mühərrikində olub.

***14:38

Dubay hava limanı "Emirates" şirkətinə məxsus təyyarənin uğursuz enişindən sonra bağlanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Hava Nəqliyyatının Təhlükəsizliyi üzrə Avropa Təşkilatından (Eurocontrol) məlumat verilib.

"Dubay aeroportu növbəti xəbərdarlığa qədər gələn təyyarələri qəbul etmir" -"Eurocontrol"un məlumatında bildirir.

Şəhər aeroportunda reyslərdə təqribən 4 saat gecikmə olacağı gözlənilir.

Qeyd edək ki, Hindistanın Tiruvanantapuram şəhərindən havaya qalxan "Emirates" aviaşirkətinə məxsus təyyarə Dubay beynəlxalq hava limanında uğursuz eniş edib. Bütün sərnişinlər uğurla evakuasiya edilib, xəsarət alan yoxdur.

Son xəbərlər

Orphus sistemi