Dövlət Departamenti HIMARS-ın Litvaya mümkün satışını təsdiqləyib

Dövlət Departamenti HIMARS-ın Litvaya mümkün satışını təsdiqləyib ABŞ Dövlət Departamenti Litvaya 495 milyon dollar dəyərində “M142 HIMARS” reaktiv yaylım atəş sistemini və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.
Digər ölkələr
10 Noyabr , 2022 01:45
Dövlət Departamenti HIMARS-ın Litvaya mümkün satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Litvaya 495 milyon dollar dəyərində “M142 HIMARS” reaktiv yaylım atəş sistemini və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Agentlik hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdehdir.

Qeyd olunub ki, silahın satışı Şərqi Avropada siyasi sabitlik, iqtisadi tərəqqi üçün mühüm qüvvə olan NATO müttəfiqinin müdafiə qabiliyyətini gücləndirməyə kömək etməklə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq.

ABŞ administrasiyası qərarını Konqresə rəsmən çatdırıb. İndi qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və bəlkə də onu bloklamaq üçün 30 günü var.

Son xəbərlər

Orphus sistemi