Dörd ölkə Qətərlə diplomatik əlaqələri kəsib

Dörd ölkə Qətərlə diplomatik əlaqələri kəsib Qonşu ölkə ilə əlaqələrini kəsdiyini ilk olaraq Bəhreyn elan edib
Digər ölkələr
5 İyun , 2017 09:24
Dörd ölkə Qətərlə diplomatik əlaqələri kəsib

Bakı. 5 iyun. REPORT.AZ/ Dörd ərəb dövləti - Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliyi Qətər ilə diplomatik əlaqələri kəsib.

"Report" xəbər verir ki, qonşu ölkə ilə əlaqələrini kəsdiyini ilk olaraq ada krallığı olan Bəhreyn elan edib.

Ölkənin rəsmi agentliyinin yaydığı bəyanatda qeyd edilib ki, Manamanın belə addım atmasına Dohanın Bəhreyn Krallığında təhlükəsizlik və sabitliyə təhdid olması, müxtəlif yollarla onların işinə müdaxilə etməsi və terror qruplaşmalarını dəstəkləməsi səbəb olub.

Bəhreyn Qətər diplomatlarına krallığın ərazisini tərk etmək üçün 48 saat vaxt verib.

Bundan əlavə, Manama Doha ilə hava və dəniz əlaqələrini kəsib və Qətər vətəndaşlarına Bəhreynə səfər etməyə, eyni zamanda, öz vətəndaşlarına da Qətəri ziyarət etməyə qadağa qoyub.

Bəhreyn Qətər ilə diplomatik əlaqələri kəsməsi barədə bəyanatından bir neçə dəqiqə sonra Ər-Riyad, Qahirə və Əbu-Dabi da oxçar addımlar barədə bəyanatla çıxış ediblər.

Səudiyyə Ərəbistanı və Misir həm də Qətər ilə yer, hava və dəniz əlaqələrini dayandırıb.

Qeyd edək ki, Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra - Qətərin xəbər agentliyinin ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsi ilə yaşanıb. Belə ki, sammit zamanı Səudiyyə Ərəbistanı hakimiyyəti bütün qonaqların adından düşmən siyasəti yeritdiyinə görə, Tehranı pisləyib və müvafiq addımlarla İranı hədələyib.

Sonradan Qatar Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi saytın hakerlər tərəfindən qırıldığını və guya əmirin adından yerləşdirilən çıxışın əslində elə hakerlər tərəfindən dərc edildiyini bildirib. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn bu təkzibi inandırıcı saymayıb.

Son xəbərlər

Orphus sistemi