Donald Trampın həyat yoldaşı Ağ Evə köçməyi təxirə salıb

Donald Trampın həyat yoldaşı Ağ Evə köçməyi təxirə salıb Ağ Evə köç Yuxarı İst-Saydda yerləşən və Trampın oğlunun təhsil aldığı özəl məktəbdə tədris ili başa çatdıqdan sonra baş tutacaq
Digər ölkələr
2138
21 Noyabr , 2016 11:08
Donald Trampın həyat yoldaşı Ağ Evə köçməyi təxirə salıb

Bakı. 21 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın həyat yoldaşı Melanya və onların on yaşlı oğlu Berron andiçmə mərasimindən sonra yeni dövlət başçısı ilə birgə Vaşinqtona - Ağ Evə köçməyəcək.

"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə D.Trampın özü məlumat verib.

O, Ağ Evə köçün oğlunun təhsil aldığı Yuxarı İst-Sayddakı özəl məktəbdə tədris ili başa çatdıqdan sonra baş tutacağını bildirib.

Qeyd edək ki, hazırda Tramplar ailəsi Nyu Yorkdakı "Trump Tower" göydələnində yerləşən penthausda yaşayırlar. Ağ Evə köçənə qədər Melanya və Berronu gizli xidmət agentləri qoruyacaq, uşağı isə məktəbə zirehli avtomobillə aparıb gətirəcəklər.

Xatırladaq ki, ABŞ prezidenti seçilən Donald Tramp və vitse-prezidenti Maykl Pensin andiçmə mərasimi 2017-ci il yanvarın 20-də Vaşinqtonda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi