Yuxarı
    Bağlamaq

    Donald Trampın andiçmə mərasiminə 200 milyon dollar xərclənəcək

    Yanvarın 20-də Vaşinqtonda Konqres binası və Ağ ev istiqamətinə gedən yollar bağlanacaq, ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

    Bakı. 11 yanvar. REPORT.AZ/ ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasiminə 200 milyon dollar xərclənəcəyi gözlənilir.

    “Report” "CNNTürk"ə istinadən xəbər verir ki, ölkənin hazırkı rəhbəri Barak Obamanın ölkə prezidenti postunu D.Trampa təhvil verməsinə hazırlıq işləri davam edir.

    Məlumata görə, andiçmə mərasimi ilə əlaqədar yanvarın 20-də Vaşinqtonda Konqres binası və Ağ ev istiqamətinə gedən yollar bağlanacaq, ictimai nəqliyyatın - metro və avtobusların hərəkəti dayandırılacaq.

    Qeyd edək ki, D.Tramp ABŞ-ın 45-ci prezidenti olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi