Donald Tramp: "Mayk Pompeo yaxşı dövlət katibi olacaq"

Donald Tramp: "Mayk Pompeo yaxşı dövlət katibi olacaq" Bu gün MKİ-nin keçmiş direktorunun ABŞ-ın dövlət katibi vəzifəsinə təyin edilməsi ilə bağlı dinləmələr keçiriləcək
Digər ölkələr
12 Aprel , 2018 16:37
Donald Tramp: Mayk Pompeo yaxşı dövlət katibi olacaq
ABŞ prezidenti Donald Tramp / The Associated Press

Bakı. 12 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp dövlət katibi postuna namizəd kimi irəli sürülən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Mayk Pompeoya uğurlar arzulayıb.

"Report" xəbər verir ki, bu barədə Donald Tramp "Twitter"dəki səhifəsində yazıb.

"Mayk Pompeoya təyinatı ilə bağlı bugünkü dinləmələrdə uğurlar arzulayıram. O, yaxşı dövlət katibi olacaq", - D.Tramp yazıb.

Xatırladaq ki, Mayk Pompeo ABŞ-ın dövlət katibi vəzifəsində "ExxonMobil" neft şirkətinin keçmiş icraçı direktoru Reks Tillersonu əvəz etməlidir. Mart ayında D.Tramp M.Pompeonun dövlət katibi vəzifəsinə namizədliyini ABŞ Senatına təsdiq edilməsi üçün təqdim edib.

Son xəbərlər

Orphus sistemi