Donald Tramp KXDR-in 70 illiyi şərəfinə keçirilən parada görə Kim Çen Ina təşəkkür edib

Donald Tramp KXDR-in 70 illiyi şərəfinə keçirilən parada görə Kim Çen Ina təşəkkür edib Bakı. 10 sentyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp KXDR-in 70 illik yubileyi şərəfinə Pxenyanda keçirilən hərbi parada müsbət reaksiya verib.
Digər ölkələr
10 Sentyabr , 2018 09:38
Donald Tramp KXDR-in 70 illiyi şərəfinə keçirilən parada görə Kim Çen Ina təşəkkür edib
JIM URQUHART / THE ASSOCIATED PRESS

Bakı. 10 sentyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp KXDR-in 70 illik yubileyi şərəfinə Pxenyanda keçirilən hərbi parada müsbət reaksiya verib.

"Report" xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Twitter" səhifəsində yazıb.

ABŞ Prezidenti həmçinin paradda nüvə silahı nümayiş etdirilmədiyinə görə Şimali Koreya liderinə təşəkkür edib.

"Təşəkkür edirəm, sədr Kim. Birlikdə hamının səhv düşündüyünü sübut edəcəyik. Bir-birinin xoşuna gələn iki nəfər arasında dialoqdan yaxşı şey yoxdur. Vəzifəyə gəldiyim andakı vəziyyətlə müqayisədə indi hər şey xeyli yaxşıdır", - D.Tramp bildirib.

Qeyd edək ki, KXDR-dəki hərbi paradda10 min hərbçi iştirak edib. 

Son xəbərlər

Orphus sistemi