ABŞ prezidenti Donald Tramp iyunun 30-da Şimali və Cənubi Koreya sərhədindəki silahsız zolaqda Kim Çen Inla görüşə bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Osakadakı G20 sammitinin yekun mətbuat konfransı zamanı məlumat verib.
“Bildiyiniz kimi, indi Cənubi Koreyaya gedirəm. Belə çıxır ki, Kim Çen Inla da görüşə bilərik. Kim Çen In tərəfindən də belə bir görüşə böyük maraq var, müsbət cavab verilib", - deyə o qeyd edib.
Hazırda tammiqyaslı ikitərəfli görüşdən yox, sadəcə qarşılıqlı salamlaşmadan söhbət getdiyini vurğulayan ABŞ prezidenti bu il iki ölkə arasında daha bir yüksək səviyyəli görüşün baş tuta biləcəyini diqqətə çatdırıb.