Donald Tramp güclü qasırğanın baş verdiyi Texas və Luiziana ştatlarına gedəcək

Donald Tramp güclü qasırğanın baş verdiyi Texas və Luiziana ştatlarına gedəcək ABŞ prezidenti qasırğadan əziyyət çəkənlərə kömək məqsədilə şəxsi büdcəsindən 1 milyon dollar ayırıcağını açıqlayıb
Digər ölkələr
2 Sentyabr , 2017 13:15
Donald Tramp güclü qasırğanın baş verdiyi Texas və Luiziana ştatlarına gedəcək
NICHOLAS KAMM/AFP/Getty Images

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bu gün ABŞ prezidenti Donald Tramp güclü "Harvi" qasırğasından zərər çəkən Texas və Luiziana ştatlarına səfər edəcək.

"Report" ABŞ mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının həmçinin Hyuston və Leyk-Çarlz şəhərlərində fəlakət nəticəsində zərər çəkmiş şəxslərlə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, avqustun 29-da D.Tramp və həyat yoldaşı Melaniya Tramp təbii fəlakət zonasında olublar. Bundan əlavə, ABŞ prezidenti qasırğadan əziyyət çəkənlərə kömək məqsədilə şəxsi büdcəsindən 1 milyon dollar ayırıcağını açıqlayıb.

CNN-in məlumatına görə, ABŞ-da "Harvi" qasırğasının qurbanlarının sayı 47-yə çatıb. 1 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Son xəbərlər

Orphus sistemi