Donald Tramp FTB-yə yeni rəhbər təyin edib

Donald Tramp FTB-yə yeni rəhbər təyin edib ABŞ prezidenti bu vəzifəyə Kristofer Reyi təyin etdiyini açıqlayıb
Digər ölkələr
7 İyun , 2017 16:29
Donald Tramp FTB-yə yeni rəhbər təyin edib

Bakı. 7 iyun. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosuna (FTB) yeni rəhbər təyin edib.

"Report" xəbər verir ki, bu barədə D.Trump "Twitter" səhifəsində paylaşma edib.

"Mən yeni FBI direktoru Kristofer Reyi, mükəmməl peşəkar şəxsi FTB-nin yeni rəhbəri təyin edəcəyəm", - o yazıb.

Qeyd edək ki, D.Tramp mayın 10-da Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komini istefaya göndərib.

Kristofer Eşli Reyin 50 yaşı var. O, Yel Universitetinin hüquq fakültəsinin məzunudur. 2001-ci ildə baş prokurorun müavini olub. 2005-ci ildə isə prezident Corc Buş tərəfindən Cinayət Məhkəməsində baş prokurorun köməkçisi təyin edilib.

İngilis versiyası Trump appoints new FBI chief

Son xəbərlər

Orphus sistemi