Donald Tramp daha üç ölkənin vətəndaşlarına ABŞ-a girişi qadağan edib

Donald Tramp daha üç ölkənin vətəndaşlarına ABŞ-a girişi qadağan edib Qara siyahıda həmçinin İran, Yəmən, Liviya, Suriya və Somali də var
Digər ölkələr
143
25 Sentyabr , 2017 09:58
Donald Tramp daha üç ölkənin vətəndaşlarına ABŞ-a girişi qadağan edib
Report

Bakı. 25 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bir sıra ölkələrin vətəndaşlarına Birləşmiş Ştatlara daxil olmaq üzrə məhdudlaşdırıcı tədbirləri sərtləşdirib və siyahıya üç ölkəni əlavə edib: Venesuela, KXDR və Çad. "Report" xəbər verir ki, bu barədə Ağ Ev başçısının bəyantında deyilir.

Venesuela, KXDR və Çad vətəndaşlarına giriş qadağası oktyabrın 18-dən qüvvəyə minir. "Qara siyahı"da həmçinin İran, Yəmən, Liviya, Suriya və Somali də var, Sudan isə "qara siyahı"dan çıxıb.

Qeyd edək ki, məhdudiyyətlər bu ölkələrin ABŞ vətəndaşları ilə sübut olunmuş əlaqələri olan vətəndaşlarına qarşı da sərtləşdiriləcək və tətbiq ediləcək. Eyni zamanda, yeddi ölkənin vətəndaşlarının immiqrasiya və qeyri-immiqrasiya vizası ilə ABŞ-a girişi dondurulub.

Son xəbərlər

Orphus sistemi