Yuxarı
    Bağlamaq

    Donald Tramp Ankarada Rusiya səfirinin öldürülməsini qınayıb

    Səfirin öldürülməsi sivil qaydanın pozulmasıdır və birmənalı olaraq təndiq olunmalıdır

    Bakı. 20 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsini qınayıb.

    "Report" xəbər verir ki, D.Tramp bəyanatında öldürülən səfirin ailəsinə və yaxınlarına başsağlığı diləyib.

    "Səfirin öldürülməsi sivil qaydanın pozulmasıdır və birmənalı olaraq təndiq olunmalıdır", - bəyanatda deyilir.

    Qeyd edək ki, Ağ Ev və ABŞ Dövlət Departamenti də Rusiyanın Ankaradakı səfirinə edilən hücumu sərt tənqid edib.

    "Diplomatik korpusun üzvünə qarşı bu dəhşətli hücum qəbuledilməzdir. Terrorizmin bütün formalarında onunla mübarizə aparmaq üçün Rusiya və Türkiyə ilə həmrəyik", - deyə Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Ned Prays bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi