Donald Tramp: "Almaniya Rusiyanın girovudur"

Donald Tramp: "Almaniya Rusiyanın girovudur" ABŞ prezidenti: "Şimal axını–2" layihəsinin həyata keçirilməsi ABŞ üçün qəbuledilməzdir"
Digər ölkələr
11 İyul , 2018 12:35
Donald Tramp: Almaniya Rusiyanın girovudur

Bakı. 11 iyul. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp "Şimal axını - 2" qaz kəmərinin tikintisinə razılıq verən NATO ölkələrini tənqid edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Brüsseldə NATO baş katibi ilə işgüzar səhər yeməyindən əvvəl jurnalistlər qarşısında çıxış edən ABŞ prezidenti xüsusilə Almaniyanı kəskin tənqid edərək onu Rusiyanın girovu adlandırıb.

"Almaniya Rusiyanın tam nəzarəti altındadır. Yeni boru kəmərinin inşasından sonra təbii qazın 70% -i Rusiyadan daxil olacaq "- Prezident bildirib.

O əlavə edib ki, "Şimal axın – 2" layihəsinin həyata keçirilməsi ABŞ üçün qəbuledilməzdir.

Son xəbərlər

Orphus sistemi