Yuxarı
    Bağlamaq

    Donald Tramp Ağ Ev aparatındakı vəzifələrə bir sıra təyinatlar edib

    Ağ Evin daxili siyasət şurasının direktoru vəzifəsini Endryu Bremberq icra edəcək

    Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evin gələcək aparatında bir sıra yeni təyinatlar həyata keçirib.

    "Report" xəbər verir ki, bu barədə Respublikaçının keçid qərargahı məlumat verib.

    Məlumatda bildirilib ki, Ağ Evin daxili siyasət şurasının direktoru vəzifəsini Endryu Bremberq icra edəcək. Daha əvvəl o, Respublikaçılar Partiyasının funksionerlərindən biri olub.

    Bundan əlavə, D.Tramp iqtisadçı Pol Uinfrini Ağ Ev Şurasında büdcə siyasətinin müavini və kuratoru təyin edib. Bundan əvvəl P.Uinfri ABŞ-ın bir sıra böyük tədqiqat institutlarında işləyib.

    Milyarderin gələcək baş məsləhətçisi Stiven Miller Ağ Evin daxili siyasət şurasına kuratorluq edəcək.

    Ağ Ev Şurasında ədliyyə və təhlükəsizlik məsələləri ilə Con Zadrozni məşğul olacaq. O, son altı ildə ABŞ Konqresinin yuxarı və aşağı palatalarında çalışıb.

    D.Tramp, həmçinin Ağ Ev Şurasının səhiyyə, şəhərsalma, təhsil və immiqrasiya siyasəti kimi sahələrinə də rəhbərlər təyin edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi