Donald Tramp: “ABŞ-ın NATO-dan çıxmasına ehtiyac yoxdur”

Donald Tramp: “ABŞ-ın NATO-dan çıxmasına ehtiyac yoxdur” Bakı. 12 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ölkəsinin NATO üzvlüyündən çıxacağını söyləmədiyini deyib.
Digər ölkələr
12 İyul , 2018 16:05
Donald Tramp: “ABŞ-ın NATO-dan çıxmasına ehtiyac yoxdur”

Bakı. 12 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ölkəsinin NATO üzvlüyündən çıxacağını söyləmədiyini deyib.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, o, bunu Brüsseldə NATO-nun sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib.

ABŞ Senatı təsdiq etmədən ölkəsini NATO-dan çıxarmaq ehtimalı barədə danışan Donald Tramp deyib: “Buna edə bilsəm də, ancaq bu addımı atmağa ehtiyac yoxdur”.

Qeyd edək ki, Almaniyanın DPA agentliyi sammitdə iştirak edən və adının açıqlanmasını istəməyən mənbəyə istinadən Donald Trampın tərəfdaşlarını NATO-dan çıxmaqla hədələdiyi barədə məlumat yaymışdı.

"Əgər Alyansa üzv dövlətlər müdafiə xərclərini dərhal Ümumi Daxili Məhslun 2 faizinə qədər qaldırmasalar, amerikalılar öz maraqlarına uyğun olaraq iş aparacaqlar", - D.Tramp Brüsseldə NATO sammitində vurğulayıb.

Almaniya müdafiə xərclərini Vaşinqtonun tələb etdiyi həcmdə artırılmasına vəd verməkdən imtina edib. Rəsmi Berlin müdafiə xərclərini 2024-ci ilə qədər ÜDM-in 1,5 faizinə qədər artırmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi