Dominikanda koronavirusun yeni ştamına yoluxma halları aşkarlanıb

Dominikanda koronavirusun yeni ştamına yoluxma halları aşkarlanıb Dominikan Respublikasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yunan əlifbasının “mü” hərfi ilə işarə etdiyi koronavirusun B.1.621 ştamına bir neçə yoluxma halı qeydə alınıb.
Digər ölkələr
2 Sentyabr , 2021 09:55
Dominikanda koronavirusun yeni ştamına yoluxma halları aşkarlanıb

Dominikan Respublikasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yunan əlifbasının “mü” hərfi ilə işarə etdiyi koronavirusun B.1.621 ştamına bir neçə yoluxma halı qeydə alınıb.

Bu barədə “Report” TASS agentliyinə istinadən xəbər verir.

Yoluxma sayı haqqında məlumat verilməsə də bütün yoluxma hallarının paytaxt Santo-Dominqo regionunda, həmçinin Bahoruko, Baraona və Asua şəhərlərində qeyd alındığı bildirilir.

Rəsmi məlumatlara görə, 10,84 milyon əhaliyə malik Dominikan Respublikasında 350 mindən çox insan koronavirusa yoluxub, onlardan 4 008 nəfəri ölüb. Hazırda ölkə əhalisinin 4,6 milyon nəfərinə 2 doza vaksin vurulub.

Son xəbərlər

Orphus sistemi