“Disneyland” və “DisneySea” koronavirus təhlükəsinə görə bağlandı

“Disneyland” və “DisneySea” koronavirus təhlükəsinə görə bağlandı Yaponiyanın paytaxtı Tokiodakı “Disneyland” və ona bitişik “DisneySea” su əyləncə parkı yeni növ koronavirusun yayılması təhlükəsi səbəbi ilə fevralın 29-dan martın 15-dək bağlı olacaq.
Digər ölkələr
28 Fevral , 2020 12:08
“Disneyland” və “DisneySea” koronavirus təhlükəsinə görə bağlandı

Yaponiyanın paytaxtı Tokiodakı “Disneyland” və ona bitişik “DisneySea” su əyləncə parkı yeni növ koronavirusun yayılması təhlükəsi səbəbi ilə fevralın 29-dan martın 15-dək bağlı olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Oriental Land” idarəetmə şirkəti məlumat yayıb.

“Disneyland” və “DisneySea” Tokionun ətrafında, 118 hektardan çox ərazidə yerləşir, hər il 30 milyondan çox insan oranı ziyarət edir.

Bundan əlavə, Osakada “Universal Studios” tematik əyləncə parkı müvəqqəti bağlanacaq. Məhdudiyyət “Disneyland” ilə eyni tarixdə qüvvədə olacaq.

Hazırda Yaponiyada tamaşaçıların virusa yoluxma təhlükəsi səbəbi ilə əksər teatr və əyləncə tədbirləri bağlanır, bir çox idman yarışları ləğv edilib.

Son xəbərlər

Orphus sistemi