Yuxarı

Devid Kameron Parisdə keçiriləcək "Charlie Hebdo" dəyərlərinə dəstək aksiyasında iştirak edəcək

İtaliyanın hökümət başçısı Matteo Retsi də Parisdə olacağını bildirib

Bakı. 10 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın baş naziri Devid Kameron yanvarın 11-də Parisdə keçiriləcək "Charlie Hebdo" həftəlik nəşrinin dəyərlərinə dəstək aksiyasında iştirak edəcəyini bəyan edib.

"Report" BBC-yə istinadla xəbər verir ki, D.Kameron Twitter səhifəsi vasitəsi ilə məsələyə aydınlıq gətirib: "Mən Fransa prezidenti Fransua Ollandın dəvətini qəbul etdim. Bu Bazar Parisdə keçiriləcək "Birlik" aksiyasında iştirak edəcəyəm".

İtaliyanın hökümət başçısı Matteo Retsi ilə Ukrayna prezidenti Pyotr Poroşenko artıq bu bazar Parisdə olacaqlarını bəyan ediblər. 

Qeyd edək ki, yanvarın 8-də silahlılar “Charlie Hebdo” nəşrinin redaksiyasına hücum edərək ofisdə olanlara atəş açıblar. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb. Cinayəti törətməkdə şübhəli bilən 34 yaşlı Şərif və 32 yaşlı Səid Kuaşi qardaşları ötən axşam keçirilən xüsusi əməliyyat nəticəsində öldürülüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi