Demokratların liderləri Prezident Trampı "şatdaun"u dayandırmağa çağırıblar

Demokratların liderləri Prezident Trampı "şatdaun"u dayandırmağa çağırıblar Bakı. 9 yanvar. REPORT.AZ/ ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi və Demokratlar Partiyasının Senatdakı lideri Çak Şumer ABŞ Prezidenti Donald Trampı hökumətin işini bərpa etməyə çağırıblar.
Digər ölkələr
9 Yanvar , 2019 10:08
Demokratların liderləri Prezident Trampı şatdaunu dayandırmağa çağırıblar

Bakı. 9 yanvar. REPORT.AZ/ ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi və Demokratlar Partiyasının Senatdakı lideri Çak Şumer ABŞ Prezidenti Donald Trampı hökumətin işini bərpa etməyə çağırıblar.

Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.

"Prezident, hökumətin işini bərpa edin və biz fikir ayrılıqlarının aradan qaldırılması üzərində çalışa bilərik", - Pelosi və Şumer birgə bəyanatda bildiriblər.

Demokratların fikrincə, D.Trampın Meksika ilə sərhəddə divar tikmək planı səmərəli deyil.

Ç.Şumer həmçinin qeyd edib ki, ABŞ Prezidenti Oval kabinetdən "şatdaun"la bağlı amerikalılara telemüraciətində Meksika ilə sərhəddə böhran olduğunu, divarın qısa zamanda xərcləri çıxaracağına əmin olduğunu deyərək xalqı öz administrasiyasındakı problemlərdən yayındırmağa çalışıb.

Son xəbərlər

Orphus sistemi