Yuxarı
    Bağlamaq

    Dəməşqdə baş vermiş terror aktlarında ölənlərin sayı 74-ə çatıb

    Ölənlərin əksəriyyəti şiə təriqətinə məxsus İraq vətəndaşlarıdır© Courtesy İmage

    Bakı. 12 mart. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşq şəhərində baş vermiş iki terror aktında ölənlərin sayı 74 nəfərə çatıb.

    "Report" xəbər verir ki, bu barədə "Əl-Manar" radiostansiyası Suriyada İnsan Haqları üzrə Rəsədxanaya istinadən məlumat yayıb.

    Məlumatda bildirilir ki, ölənlərin əksəriyyəti şiə təriqətinə məxsus İraq vətəndaşlarıdır. 

    Qeyd edək ki, hadisə paytaxt yaxınlığındakı məzarlıqda baş verib. Dindarları daşıyan avtobuslarda partlayıcı qurğuların işə düşməsi nəticəsində habelə onlarla insan xəsarət alıb.

    Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Lakin raidostansiya hadisənin iki kamikadze tərəfindən törədildiyini bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi