Dehlidə karantin rejiminin müddəti yenə uzadıldı

Dehlidə karantin rejiminin müddəti yenə uzadıldı Hindistan paytaxtında koronavirusa yoluxma hallarının artması ilə bağlı karantin rejiminin müddəti sabah səhər saat 5:00-dan etibarən mayın 24-dək artırılıb
Digər ölkələr
16 May , 2021 13:21
Dehlidə karantin rejiminin müddəti yenə uzadıldı

Hindistanın paytaxtı Dehlidə koronavirusa yoluxma hallarının artması ilə bağlı karantin rejiminin müddəti sabah səhər saat 5:00-dan etibarən mayın 24-dək bir daha uzadılıb.

“Report” “Hindustan Times”a istinadən xəbər verir ki, bu barədə Dehlinin baş nazir Arvind Kecrival (Arvind Kejriwal) bildirib.

Qeyd edək ki, aprelin 19-dan etibarən həftəsonu komendant saatından sonra paytaxtda COVID-19-a yoluxmaların kəskin artması və səhiyyə sisteminin iflic olması ilə bağlı ertəsi gündən tam qapanma rejimi tətbiq edilib və həmin vaxtdan dördüncü dəfədir uzadılır.

Son günlər Dehlidə koronavirusa yoluxmaların davamlı olaraq artması müşahidə olunur. Belə ki, bu artım Dünya Səhiyyə Təşkilatı tərəfindən məqbul hesab edilən 5 faizi üstələyir.

İngilis versiyası Delhi extends lockdown

Son xəbərlər

Orphus sistemi