Bakı. 24 mart. REPORT.AZ/ Böyük Britaniyanın baş naziri David Kameron üçüncü müddətə hökümət başçısı postuna namizəd olmayacağını bəyan edib.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, D.Kameron bildirib ki, əyər onun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası 7 may günü keçiriləcək parlament seçkilərində qalib gəlsə, o ikinci dəfə baş nazir olmaya hazırdır, lakin bir sonraki dönəmə hökümət başçısı postunu tutmaq niyyətində deyil.
"Hesab edirəm ki, iki müddət kifayətdir. Vaxt gələcək və siyasət arenasında yeni insanlar tələb olunacaq", - deyə Kameron əlavə edib.