Yuxarı
    Bağlamaq

    ​Danimarkanın baş naziri istefa verib

    Torninq-Şmidt partiyası parlament seçkilərində səs çoxluğu qazanmasına baxmayaraq bu addımı atıb

    Bakı. 19 İyun. REPORT.AZ/ Danimarkanın baş naziri Helle Torninq-Şmidt partiyasının parlament seçkilərində səs çoxluğu qazanmasına baxmayaraq istefa verib.

    "Report" xəbər verir ki, Torninq-Şmidtin partiyası hamıdan çox səs (26,3%) toplaması və parlamentdə 47 yer qazanmasına baxmayaraq hakimiyyəti itirib.

    Parlament seçkiləri zamanı qaliblərdən biri Danimarkanın sağçı-populist Xalq Partiyası olub. Partiya səslərin 21,1%-ni və parlamentdə 37 yer əldə edib.

    Lakin ehtimal edilir ki, hökuməti Lük Rasmussenin "Venstre" liberal-mühafizəkar partiyası formalaşdıracaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi