Danimarkada koronavirusa rekord yoluxma qeydə alınıb

Danimarkada koronavirusa rekord yoluxma qeydə alınıb Danimarkada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir.
Digər ölkələr
11 Noyabr , 2021 06:16
Danimarkada koronavirusa rekord yoluxma qeydə alınıb

Danimarkada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir.

“Report” xəbər verir ki, ölkədə infeksiyaya yoluxma hallarının sayı sutka ərzində 3 017 nəfər artıb ki, bu da 23 dekabr 2020-ci ildən bəri ən yüksək göstəricidir.

“Roskilde” universitetinin əməkdaşı, riyazi epidemiologiya üzrə mütəxəssis Viqqo Andresen “TT” saytına açıqlamasında deyib ki, hazırda ölkədə yoluxma sayı son həftələrdə olduğu kimi sürətlə artır: “Əgər indi heç nə edilməsə, yaxın iki-üç həftə ərzində yoluxmuş insanların sayı iki dəfə artacaq”.

Artıq hökumət yoluxmanın qarşısını almaq üçün müəyyən qabaqlayıcı tədbirlər görəcək. Belə ki, cümə günündən etibarən COVID-19 pasportlarının yenidən tətbiq ediləcəyi gözlənilir.

Eyni zamanda infeksiya yayıldıqca peyvənd olunanların da sayı artır. Bu günə qədər 4,4 milyon Danimarka vətəndaşı hər iki doza peyvənd olunub.

Əhalisi 5,8 milyon olan Danimarkada ümumilikdə 2745 xəstə koronavirusdan dünyasını dəyişib. Ölkədə ümumilikdə 410 434 nəfər koronavirusa yoluxub.

Son xəbərlər

Orphus sistemi