Dağıstan Respublikasında (Rusiya Federasiyası) baş verən ağır yol-nəqliyyat hadisəsində biri uşaq olmaqla 3 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə regionun Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Stavropol – Proxladnı – Mozdok – Kizlyar – Kraynovka avtomobil yolunda Kizlyar ərazisində “Dodge” markalı minik avtomobili ilə “KAMAZ” markalı yük maşını toqquşub. Avtoqəza sonucunda “Dodge”un sürücüsü və biri uşaq olmaqla iki sərnişini aldıqları yaralaraqdan hadisə yerində keçiniblər”, - məlumatda deyilib.
Bildirilib ki, hazırda hadisə yerində Dövlət Yol Müfəttişliyinin əməkdaşları işləyir, olayın başvermə şəraiti və hadisə iştirakçılarının kimliyi müəyyənləşdirilir.