Cozef Bayden ona məktub yazan işsiz amerikalı qadına zəng etdi

Cozef Bayden ona məktub yazan işsiz amerikalı qadına zəng etdi ABŞ prezidenti Cozef Bayden Kaliforniyanın koronavirus pandemiyasına görə iş yerini itirmiş Mişel adlı sakininə zəng edib.
Digər ölkələr
6 Fevral , 2021 23:04
Cozef Bayden ona məktub yazan işsiz amerikalı qadına zəng etdi
Co Bayden

ABŞ prezidenti Cozef Bayden Kaliforniyanın koronavirus pandemiyasına görə iş yerini itirmiş Mişel adlı sakininə zəng edib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısının tvitterdəki hesabında bildirilir.

Qeyd edilir ki, qadın bundan əvvəl prezidentə məktub yazıb. Bayden isə ona zəng edərək stimullaşdırıcı tədbirlər proqramından danışıb.

“İdeya budur ki, biz yenidən açıq biznes istəyirik. İnsanların ehtiyac duyduğu təcili yardımı təmin edəcək plan qəbul edəcəyik. Bu, kiçik müəssisələrin açılmasına kömək edəcək”, - Amerika lideri deyib.

ABŞ prezidenti daha əvvəl bildirib ki, koronavirusa görə 36 milyon amerikalı aclıq çəkir.

Son xəbərlər

Orphus sistemi