Cozef Bayden: "NATO torpaqlarının hər qarışını müdafiə edəcəyik"

Cozef Bayden: "NATO torpaqlarının hər qarışını müdafiə edəcəyik" Rusiya Prezidenti Vladimir Putin NATO-nu parçalaya biləcəyini düşünürdü”.
Digər ölkələr
30 İyun , 2022 17:17
Cozef Bayden: NATO torpaqlarının hər qarışını müdafiə edəcəyik
Cozef Bayden

“Biz NATO torpaqlarının hər qarışını müdafiə edəcəyik”.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin NATO-nu parçalaya biləcəyini düşünürdü.

“Rusiya lideri bizi zəiflədə biləcəyini düşünürdü. Amma istəmədiyi ssenari ilə qarşılaşdı. O, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə gözləmədiyi ssenari ilə qarşılaşdı. Proseslərin nə ilə nəticələnəcəyini bilmirəm, amma Rusiyanın Ukraynanı məğlub edə biləcəyini düşünmürəm”, - ABŞ lideri bildirib.

C.Baydenin sözlərinə görə, Rusiyanın Ukraynaya hücumundan sonra NATO indiyədək olmadığı qədər birlik nümayiş etdirir: “ABŞ dediyini edir. Dünya dəyişir. Biz də buna uyğunlaşırıq. Rusiyanın hücumuna göstərdiyimiz reaksiya da bunun göstəricisidir. NATO hər zaman Ukraynanın yanındadır. 600-dən çox tank, raket sistemləri, havadan müdafiə sistemləri ilə Ukraynaya dəstək veririk. Mən vəzifəyə gələndən bəri Ukraynaya 7 milyard dolar həcmində yardım etmişik. Bu yardımı davam etdiririk”.

Son xəbərlər

Orphus sistemi