Corc Floydun ölümünün ildönümü iğtişaşlarla yadda qaldı

Corc Floydun ölümünün ildönümü iğtişaşlarla yadda qaldı İştirakçılar yol boyu iş yerlərinin pəncərələrini qıra-qıra şəhər bələdiyyəsinə doğru yürüş ediblər
Digər ölkələr
26 May , 2021 17:31
Corc Floydun ölümünün ildönümü iğtişaşlarla yadda qaldı

Afroamerikalı Corc Floydun ölümünün birinci ildönümü münasibətilə Oreqon ştatının Portlənd şəhərində təşkil edilən anım mərasimi kütləvi iğtişaşlara çevrilib.

“Report” “Fox News”-a istinadən xəbər verir ki, ötən gün axşam şəhər məhkəməsinin qarşısına toplaşan 200-dək qarageyimli polisə daş və şüşə qablar atmağa başlayıb, sonra binanı yandırmağa cəhd göstərib, pəncərələri qırıb, ətrafdakı zibil konteynerlərini yandırıblar. İğtişaş törədənlərdən ən fəal olanları polis tərəfindən saxlanılıb.

Daha sonra iştirakçılar yol boyu iş yerlərinin pəncərələrini qıra-qıra şəhər bələdiyyəsinə doğru yürüş ediblər. Saat 22-də polis hadisələri üsyan olaraq dəyərləndirərək asayişi bərpa etmək üçün əlavə tədbirlər görməyə, “kriminal əməllərdə iştirak edənlər”i həbs etməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi