Yuxarı

Corc Buş Dallasda həlak olan polislər üçün təşkil edilmiş yas mərasimində rəqs edib - VİDEO

ABŞ-ın keçmiş prezidenti Respublikanın hərbi himni ifa olunan zaman oynamağa başlayıb

Bakı. 13 iyul. REPORT.AZ/ ABŞ-ın keçmiş prezidenti kiçik Corc Buş Dallasda həlak olan polislər üçün təşkil edilmiş yas mərasimində özünü qəribə aparıb.

"Report" xəbər verir ki, kiçik Buş "Respublikanın hərbi himni" ifa olunan zaman rəqs etməyə başlayıb.

Özündə bu kadrları əks etdirən video artıq "YouTube" portalında yayılıb.

Videoda keçmiş dövlət başçısının gülümsədiyi və musiqinin tempinə uyğun oynadığı açıq-aydın görünür. C.Buşun bu addımı onun yanında dayanan ABŞ prezidenti Barak Obama və xanımı Mişeli, eləcə də Buşun öz həyat yoildaşını təəccübləndirib.

Xatırladaq ki, iyulun 7-dən 8-nə keçən gecə Dallasda snayperin açdığı atəşlər nəticəsində beş polis həlak olub, 7 polis əməkdaşı və 2 mülki şəxs yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi