ABŞ dövlət katibi: "İŞİD dini azlıqların soyqırımına görə məsuliyyət daşıyır"

ABŞ dövlət katibi: "İŞİD dini azlıqların soyqırımına görə məsuliyyət daşıyır" Bu qeyri-mədəni barbarlarla mübarizədir
Digər ölkələr
27 Aprel , 2016 04:17
ABŞ dövlət katibi: İŞİD dini azlıqların soyqırımına görə məsuliyyət daşıyır

Bakı. 27 aprel. REPORT.AZ/ İŞİD terror qruplaşmasının döyüşçüləri dini azlıqların soyqırımına görə məsuliyyət daşıyırlar. "Report"un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Con Kerri Hyustonda çıxışında bildirib.

ABŞ rəsmisi qeyd edib ki, İŞİD dini azlıqları məhv etməyə davam etdirir. "Döyüşçülər yezidləri məhv edirlər, çünki onlar yezidlərdir, xaçpərəstləri öldürürlər, ona görə ki, onlar xaçpərəstlərdir, şiə olduqlarına görə şiələri qırırlar" - deyə Kerri bildirib.

Dövlət katibi vurğulayıb ki, söhbət sivilizasiyaların bir-biri ilə müharibəsindən getmir. "Bu qeyri-mədəni barbarlarla mübarizədir" - deyə o əlavə edib.

ABŞ və onun müttəfiqləri 2014-cü ildən Suriyada və İraqda İŞİD-ə qarşı hərbi əməliyyatları davam etdirir. Pentaqonun son hesablamalarına görə, İŞİD döyüşçülərin sayı 25-30 min nəfərdir.

Son xəbərlər

Orphus sistemi