Con Kerri: "İranın nüvə proqramına dair Fəaliyyət Planı dünyanı daha təhlükəsiz edir"

Con Kerri: "İranın nüvə proqramına dair Fəaliyyət Planı dünyanı daha təhlükəsiz edir" "İranın nüvə proqramına dair öhdəliklər artıq kağız üzərində deyil, konkret fəaliyyət proqramına çevrilib"
Digər ölkələr
17 Yanvar , 2016 06:39
Con Kerri: İranın nüvə proqramına dair Fəaliyyət Planı dünyanı daha təhlükəsiz edir

Bakı. 17 yanvar. REPORT.AZ/ "İranın nüvə proqramına dair Kompleks Fəaliyyət Planının tətbiqi dünyanı daha təhlükəsiz edir". "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu fikri Vyanada ABŞ-ın dövlət katibi Con Kerri səsləndirib.

"İranın nüvə proqramına dair öhdəliklər artıq kağız üzərində deyil, konkret fəaliyyət proqramına çevrilib", - deyən Kerri, qeyd edib ki, ötən ilin uyul ayından sonra atılan addımlar hesabına qlobal təhlükəsizlik mühitinə ciddi tövhə verilib.

Xatırladaq ki, 2015 il iyulun 14-də nüvə proqramı üzrə "altılıq"la İran yekun razılıq sənədi imzalayıb. Həmin sənədə əsasən, Tehran nüvə proqramını dinc məqsədlər üçün istifadə edəcək, qarşı tərəf isə bu şərti yerinə yetirdiyi halda beynəlxalq sanksiyaları aradan qaldıracaq.

Son xəbərlər

Orphus sistemi