CNN: Tramp məğlub olduğunu etiraf etmək niyyətində deyil

CNN: Tramp məğlub olduğunu etiraf etmək niyyətində deyil Eyni zamanda Trampın bəzi müşavirləri onun ikinci müddətə Ağ Evdə qalmayacağını özəl söhbətlərdə etiraf etdiyini bildiriblər.
Digər ölkələr
15 Dekabr , 2020 13:19
CNN: Tramp məğlub olduğunu etiraf etmək niyyətində deyil
Donald Tramp

Seçənlər Kollegiyasının Cozef Baydeni yeni dövlət başçısı seçməsinə baxmayaraq, ABŞ-ın hazırkı Prezidenti Donald Tramp seçkidə məğlub olduğunu açıq şəkildə etiraf etmək niyyətində deyil.

“Report” xəbər verir ki, bu barədə CNN Ağ Evə yaxın mənbəyə istinadən məlumat yayıb.

Eyni zamanda, Trampın bəzi müşavirləri onun ikinci müddətə Ağ Evdə qalmayacağını özəl söhbətlərdə etiraf etdiyini bildiriblər.

Respublikaçıya yaxın olanlar vəzifəsindən getmək üzrə olan ABŞ liderinin Baydenin andiçmə mərasimində iştirak edəcəyini düşünürlər.

Daha əvvəl Demokratlar Partiyasının namizədi Cozef Baydenin son ştatlardan topladığı səslə ABŞ-ın yeni prezidenti seçildiyi məlum olmuşdu.

Son xəbərlər

Orphus sistemi