Yuxarı

​Çin və Tailand ilk dəfə birgə hərbi təlimlər keçirəcək

Qartal zərbəsi - 2015 adlı hərbi təlim noyabrın Tailand Hərbi Hava Qüvvələrinin Korat Royal aviabazasında gerçəkləşdiriləcək

Bakı. 11 noyabr. REPORT.AZ/ Çin və Tailand silahlı qüvvələri tarixdə ilk dəfə birgə hərbi təlimlər keçirəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Çinin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, "Qartal zərbəsi - 2015" adlı hərbi təlim noyabrın 12-30-da Tailand Hərbi Hava Qüvvələrinin "Korat Royal" aviabazasında keçiriləcək.

Tədbir Çinlə Tailand arasında etimadın gücləndirilməsinə və tərəflərin milli təhlükəsizlik sahəsində əməkdaşlığının fəallaşdırılmasına xidmət edəcək.

Rəsmi Pekinlə Bankoq arasında münasibətlərin yeni mərhələsi ötən il Tailandda kral devrildikdən sonra başlayıb. Məlumata görə, həmin hadisələrin fonunda ABŞ-la Tailand arasındakı münasibətlərdə müəyyən soyuqluq da yaranıb. Ölkənin yeni hökuməti Çinlə yaxınlaşma kursu götürərək, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə başlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi