Çinin şərqində 120 uşaq qidadan zəhərlənib

Çinin şərqində 120 uşaq qidadan zəhərlənib Onlarda qusma və qarınağrısını əlamətləri müşahidə olunub
Digər ölkələr
6 Sentyabr , 2017 07:36
Çinin şərqində 120 uşaq qidadan zəhərlənib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Çinin Szyansi əyalətində yerləşən 3 bağçadan 120-dək uşaq xəstəxanaya yerləşdirilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, buna onların qidadan zəhərlənməsi səbəb olub.

Nəticədə 36 uşaq hospitala göndərilib, 62-si həkim nəzarəti altında saxlanılıb, 22 isə evə buraxılıb.

Bildirilir ki, uşaqlar maşınla bağçadan evlərinə paylanan zaman onlarda qusma və qarınağrısı əlamətləri müşahidə olunub.

Hazırda əyalət hökuməti insidentlə bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi