Çində koronavirusdan ölənlərin sayı 425 nəfərə çatıb - YENİLƏNİB

Çində koronavirusdan ölənlərin sayı 425 nəfərə çatıb - YENİLƏNİB Çində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 19 700, bu virus səbəbindən ölənlərin sayı isə 425 nəfərə çatıb.
Digər ölkələr
391
4 Fevral , 2020 04:04
Çində koronavirusdan ölənlərin sayı 425 nəfərə çatıb - YENİLƏNİB

Çində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 19 700, bu virus səbəbindən ölənlərin sayı isə 425 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Komitəsi məlumat yayıb.

Məlumata əsasən, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 21,5 min nəfərdir.

İndiyədək 622 nəfər sağalaraq xəstəxananı tərk edib. 


***02:44

Çinin Hubey əyalətində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 13 min 522, bu virus səbəbindən ölənlərin sayı isə 414 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Komitəsinin regional idarəsi məlumat yayıb.

Qeyd olunub ki, ötən gün vilayətdə 2345 yeni koronavirus yoluxma hadisəsi qeydə alınıb, 64 nəfər ölüb.

Bildirilib ki, 396 nəfər sağalaraq xəstəxananı tərk edib.

Son xəbərlər

Orphus sistemi