Çinin ən böyük aviaşirkətinin baş direktoru korrupsiyaya görə partiyadan xaric edilib

Çinin ən böyük aviaşirkətinin baş direktoru korrupsiyaya görə partiyadan xaric edilib Sı Syanmin xidməti vəzifəsindən mənfəət əldə etmək üçün istifadə edib
Digər ölkələr
3 Fevral , 2016 11:29
Çinin ən böyük aviaşirkətinin baş direktoru korrupsiyaya görə partiyadan xaric edilib

Bakı. 3 fevral. REPORT.AZ/ Çinin ən böyük aviaşirkəti olan "China Southern Airlines"ın baş direktoru Sı Syanmin korrupsiyaya görə Kommunist partiyasından xaric edilib və vəzifədən uzaqlaşdırılıb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Kommunist Partiyasının intizam təftişi üzrə Mərkəzi Komissiyasından məlumat verilib.

Komissiyanın məlumatında deyilir ki, "China Southern Airlines"ın baş direktoru qanunu pozub, hədiyyələr qəbul edib, xidməti vəzifəsindən mənfəət əldə etmək üçün istifadə edib və üçüncü tərəflərə yardım göstərib. Onun fəaliyyətindəki qayda pozuntuları və korrupsiya əlamətləri aviaşirkətin alqı-satqı işlərində, mühasibatlığında, aktivlərinin idarə olunmasında, kadr dəyişiklikləri məsələlərində aşkarlanıb.

Qeyd edək ki, Çin aviadaşıyıcısı olan "China Southern Airlines" sərnişin daşınması həcminə görə dünyada altıncı, Asiyada isə birincidir. Şirkət 1988-ci ildə yaradılıb və "SkyTeam" beynəlxalq ittifaqına daxildir.

Son xəbərlər

Orphus sistemi