Çinin cənubundakı daşqınlar 26 nəfərin ölümü ilə nəticələnib

Çinin cənubundakı daşqınlar 26 nəfərin ölümü ilə nəticələnib Daha 8 sakin itkin düşüb
Digər ölkələr
8 İyul , 2017 11:57
Çinin cənubundakı daşqınlar 26 nəfərin ölümü ilə nəticələnib
Ria.ru

Bakı. 8 iyul. REPORT.AZ/ Çinin cənubunda yerləşən Quansu Çjian muxtar bölgəsində davam edən leysan yağışlar və onun yaratdığı daşqınlar 26 nəfərin həlak olmasına gətirib çıxarıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, daha 8 sakin itkin düşüb.

İyulun 1-dən davam edən güclü leysan yağışı nəticəsində yerli çaylarda suyun səviyyəsi xeyli artıb, daşqınlar 13 şəhərdə qeydə alınıb. Təbii fəlakət daha çox Quylin, Nanyin, Uçjou, Bayse, Quyqan, Heçjou, Tsinjou, Beyhay şəhərlərinə təsir edib.

Leysan yağışlar və daşqınlar 1,88 milyondan çox insanın həyatına təsir edib, 185 mindən çox insan təhlükəsiz yerlərə evakuasiya edilib.

Son xəbərlər

Orphus sistemi