Çində zavodda partlayış olub, 2 nəfər ölüb, 57 nəfər yaralanıb

Çində zavodda partlayış olub, 2 nəfər ölüb, 57 nəfər yaralanıb Bakı. 24 noyabr. REPORT.AZ/ Çinin Jilin əyalətindəki Sanhe qəsəbəsində yerləşən maşınqayırma zavodunda partlayış baş verib.
Digər ölkələr
24 Noyabr , 2018 17:21
Çində zavodda partlayış olub, 2 nəfər ölüb, 57 nəfər yaralanıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Çinin Jilin əyalətindəki Sanhe qəsəbəsində yerləşən maşınqayırma zavodunda partlayış baş verib. 

“Report” “Sinhua”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 57 nəfər xəsarət alıb.

Partlayış ətrafdakı 41 tikiliyə ziyan vurub. Ərazidə yanğın da baş verib. 

Hadisənin nəticələrini aradan qaldırmaq üçün tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi