Çində yaşayış binası uçub: 5 ölü, 4 yaralı
Digər ölkələr
- 04 dekabr, 2016
- 03:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 dekabr. REPORT.AZ/ Çinin şərqində yaşayış binasının uçması nəticəsində 5 nəfər ölüb.
"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.
Məlumata görə, hadisə Şandun vilayətinin Çzinan şəhərində baş verib. Dağılan bina təmir işləri aparan fabrikin bir hissəsi imiş.
Hadisə zamanı dağıntılar altında 9 nəfər qalıb. Xilasedicilər dağıntılar altından 7 nəfəri çıxarıblar. Dörd yaralı xəstəxanaya yerləşdirilib.
Artıq xilasetmə işləri başa çatıb. Polis şübhəli şəxsləri istintaqa cəlb edib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Son xəbərlər
04:12
Britaniya və Ukrayna birlikdə hücum dronları istehsal edəcəklər
Digər ölkələr
03:41
Tramp: İranın raket zərbələri endirmək imkanları məhduddur
Digər ölkələr
03:07
SEPAH rəhbəri: İran raketlərinin uçuş məsafəsində məhdudiyyəti yoxdur
Region
02:52
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
Digər ölkələr
02:25
NYT: Hakerlər ABŞ-nin kəşfiyyat sistemlərindən birinin parolunu qırıblar
Digər ölkələr
01:56
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
Futbol
01:41
Tramp Mirziyoyevə ABŞ-nin 250 illiyi münasibətilə hədiyyə edilən çardaqlara görə təşəkkür edib
Digər ölkələr
01:17
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
Digər ölkələr
00:47
Türkiyədə Özcan Dəniz və daha 34 nəfər narkotik istintaqı çərçivəsində saxlanılıb
Region