Yuxarı

Çində universitetdə baş verən partlayış nəticəsində bir nəfər ölüb

Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır

Bakı. 18 dekabr. REPORT.AZ/ Çinin paytaxtı Pekində Sinxua Universitetinin kimya laboratoriyasında iki dəfə baş verən partlayış nəticəsində bir elmi əməkdaş ölüb. 

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ali təhsil müəssisəsinin rəhbərliyi bildirib.

Məlumata görə, universitetin tələbəsi laboratoriyadakı yanğını söndürərkən ikinci dəfə partlayış baş verib.

Hüquq-mühafizə orqanları partlayışın başvermə səbəblərini araşdırır.

Sinxua Universiteti Çinin ən nüfuzlu təhsil ocaqlarından biridir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi