Bakı. 16 noyabr. REPORT.AZ/ Çinin qərbində, Cıcıang əyalətinin Yaşı qəsəbəsinin Lidonq kəndində leysan nəticəsində torpaq sürüşməsi baş verib.
"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, torpaq sürüşməsində ölənlərin sayı 25-ə çatıb.
Məlumata görə, sürüşümə bölgəsində 12 nəfər itkin düşüb. 300 sakin başqa əraziyə köçürülüb.
Axtarış-xilasetmə əməliyyatı nəticəsində indiyədək yalnız bir nəfər xilas edilib.
İki gün öncə bölgədə baş verən sürüşmədən sonra 27 evin torpaq altında qaldığı haqda xəbər yayılmışdı.