Çində təbii fəlakətlərdən zərər çəkmiş bölgələrə maliyyə ayrılıb

Çində təbii fəlakətlərdən zərər çəkmiş bölgələrə maliyyə ayrılıb Həmin vəsait təbii fəlakətin fəsadlarını aradan qaldırmağa, zərərçəkən əhaliyəö müvafiq yardım göstərməyə sərf olunacaq
Digər ölkələr
22 May , 2021 17:45
Çində təbii fəlakətlərdən zərər çəkmiş bölgələrə maliyyə ayrılıb

Çin hökuməti ölkənin cənub-qərbindəki Yunnan və Kinqhay (Tsinqhay) əyalətlərində baş vermiş silsilə zəlzələlərlə bağlı həmin bölgələrə 10 milyon yuan (1,55 milyon ABŞ dolları) vəsait ayırıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi birgə açıqlama verib. Həmin vəsait təbii fəlakətin fəsadlarını aradan qaldırmağa, zərərçəkən əhaliyəö müvafiq yardım göstərməyə sərf olunacaq.

Bundan əvvəl Nəqliyyat Nazirliyi təcili cavab tədbirlərinin səviyyəsini ikinciyədək artırmışdı. Belə ki, adıçəkilən bölgələrdə yeraltı təkanlar nəticəsində bir sıra yollara ciddi ziyan dəymiş, bəzi körpülər uçmuşdu.

Xatırladaq ki, ötən gecə Tsinqhay əyaləti Tibet Muxtar Dairəsinin Mado qəzası ərazisində 7,4 maqnitudalı zəlzələ baş verib. Daha sonra regionda 3,1-3,9 manqitudalı silsilə təkanlar qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi