Yuxarı

Çində şaxtanın çökməsi nəticəsində üç nəfər ölüb

Səkkiz şaxtaçının taleyi isə naməlumdur

Bakı. 7 yanvar. REPORT.AZ/ Çinin Şensi vilayətində şaxtanın çökməsi nəticəsində üç nəfər ölüb, daha səkkiz şaxtaçının taleyi isə naməlumdur. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çinin istehsalda təhlükəsizliyə nəzarət üzrə Baş Dövlət İdarəsindən məlumat verilib.

Qurumun saytında yer alan informasiyaya görə, hadisə Yuylin şəhərindəki şaxtada baş verib. Şaxtanın çökdüyü zaman içəridə 49 nəfər olub ki, onlardan 38-i sərbəst şəkildə yuxarı çıxa bilib.

Hazırda xilasetmə işləri davam etdirilir. Şaxtada müxtəlif qazların yüksək konsentrasiyasının olması xilasedicilərin işini çətinləşdirir.

Hadisənin başvermə səbəbi məlum deyil, iş üzrə istintaq aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi