​Çində pirotexnika fabrikində partlayış olub: 3 nəfər ölüb, 53 nəfər yaralanıb

​Çində pirotexnika fabrikində partlayış olub: 3 nəfər ölüb, 53 nəfər yaralanıb Polis müəssisənin rəhbərini həbs edib
Digər ölkələr
20 Yanvar , 2016 13:50
​Çində pirotexnika fabrikində partlayış olub: 3 nəfər ölüb, 53 nəfər yaralanıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Çinin şərqində, Tszyansi əyalətinin Şanyao şəhərinin Kunşan kəndində pirotexnika fabrikində baş verən partlayış nəticəsində 3 nəfər ölüb, bir nəfər itkin düşüb, 53 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, təhlükəsizliyi təmin etmək üçün hadisə baş verən rayondan mindən çox sakin təxliyə olunub.

Partlayış dalğasından kənddəki bir neçə evə ziyan dəyib.

Polis fabrikin rəhbərini həbs edib.

Partlayışın başvermə səbəbləri məlum deyil.

Son xəbərlər

Orphus sistemi