Çində partlayış nəticəsində ölənlərin sayı 20-yə çatdı

Çində partlayış nəticəsində ölənlərin sayı 20-yə çatdı Çinin şərqindəki Tai Jou şəhərində neft məhsulları daşıyan avtomobilin partlaması nəticəsində həlak olanların sayı artıb.
Digər ölkələr
15 İyun , 2020 08:34
Çində partlayış nəticəsində ölənlərin sayı 20-yə çatdı

Çinin şərqindəki Tai Jou şəhərində neft məhsulları daşıyan avtomobilin partlaması nəticəsində həlak olanların sayı artıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Məlumata görə, partlayış nəticəsində xəsarət ölənlərin sayı 20 nəfərə çatıb.

Hakimiyyət orqanları bildiriblər ki, hadisə yerində axtarış-xilasetmə işləri artıq başa çatıb. Bununla belə, fövqəladə xidmətlərin əməkdaşları hadisənin fəsadlarının aradan qaldırılması ilə məşğul olurlar.

Qeyd edək ki, hadisə iyunun 13-də Şenyan-Xaykou şosesində Tayçjou şəhər dairəsinin Venlin qəsəbəsi ərazisində baş verib. Partlayış zamanı 170-dən çox insan xəsarət alıb.

Qəza yerinə yüzlərlə yanğınsöndürən, altı təlim görmüş it, xilasedicilər, tibb işçiləri, polis əməkdaşları cəlb edilib.

Son xəbərlər

Orphus sistemi