Çində naməlum şəxs qaçırdığı avtobusu izdihamın üzərinə sürüb, ölənlər var

Digər ölkələr
  • 25 dekabr, 2018
  • 10:31
Çində naməlum şəxs qaçırdığı avtobusu izdihamın üzərinə sürüb, ölənlər var

Bakı. 25 dekabr. REPORT.AZ/ Çinin cənub-şərq Fujian əyalətindəki Lonqyan şəhərində naməlum şəxs əlində bıçaqla bir avtobusu qaçıraraq insan kütləsinin üzərinə sürüb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, yerli polisdən verilən məlumata görə, hadisə nəticəsində aralarında 1 polisin  olduğu 5 nəfər ölüb, 21-i isə xəsarət alıb. 

Hadisəni törədən şəxs saxlanılıb.