Çində kömür şaxtasının uçması nəticəsində 9 nəfər ölüb

Çində kömür şaxtasının uçması nəticəsində 9 nəfər ölüb Hadisənin başvermə səbəbləri araşdırılır
Digər ölkələr
18 Yanvar , 2017 05:25
Çində kömür şaxtasının uçması nəticəsində 9 nəfər ölüb

Bakı. 18 yanvar. REPORT.AZ/ Çində kömür şaxtasının uçması nəticəsində 9 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimalında, kömür şaxtası şəhəri Şoçjouda, işçilərin qabaqlayıcı işlər görən zaman baş verib. Hadisə nəticəsində şaxtaçılar yerin altında qalıblar.

Agentlik bir işçinin xilas edildiyini xəbər verib. O, xəstəxanaya çatdırılıb və səhhəti normaldır.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi