Bakı. 23 noyabr. REPORT.AZ/ Çində kişi maşını məktəblilərin üzərinə sürüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, cinayəti arvadı ilə mübahisə etdikdən sonra ümidsizlik vəziyyətində törədib.
Hadisə Huludao şəhərində yerli məktəblərdən birinin qapısı yaxınlığında baş verib. "Audi" markalı avtomobil yüksək sürətlə yolu keçən məktəbliləri vurub.
Son məlumatlara görə, hadisə nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb, onlardan 3-nün vəziyyəti ağırdır. Polis hadisə yerindən qaçmağa çalışan sürücünü yaxalayıb.
KİV-lər yazır ki, şübhəli Tszyançan mahalının Tsinnyuşan kəndinin partiya komitəsinin katibinin oğludur.